Top.Mail.Ru
DÜNYA

Casus filmlərindəki kimi PLAN: Putinin adamları NATO-nu bu cür İZLƏYİR

Brüsseldə yerləşən “EU Reporter” nəşrində təəccüblü bir iddia gündəmə gətirilib. İddialara görə, Rusiya prezidenti Vladimir Putinə yaxın adamlar İsveç və Norveçdəki hərbi bazaların yaxınlığında evlər alır və gizli şəkildə NATO-nun təlimlərini izləyir.

KAİM.az xəbər verir ki, kəşfiyyat məlumatlarına görə, ruslar bu təlimləri izləyərək Moskvaya hesabat verirlər.

Saytların yığılması Saytların yığılması

Norveçin daxili kəşfiyyat bölməsi PST-nin hesabatında, NATO-nun bu yaxınlarda Norveçdə baş tutan “Sabit Müdafiəçi 24” təlimi zamanı iki rusiyalı siyasətçinin hərbi bölgəyə yaxın şəxsi iqamətgahlarında qaldığı və təlimi müşahidə etdiyi iddia edilib.

PST agentləri bir müddət Rusiyanın Murmansk şəhərinin meri İqor Morarın və həm Putinə, həm də Rusiya ordusuna yaxınlığı ilə tanınan rusiyalı siyasətçi Viktor Sayginin evlərində müşahidə aparıblar. Agentlərin verdiyi məlumata görə, hər iki şəxs hündürmərtəbəli binalarda mənzil alıb. Bardufoss aviabazasındakı bütün fəaliyyətləri də bu binaların yuxarı mərtəbələrindən izləmək mümkündür.

Bənzər yazılar

Bunu da oxu
Close