Top.Mail.Ru
DÜNYA

Dağlıq Qarabağ müharibəsi Türkiyə – Rusiya münasibətlərinə necə təsir edəcək?

Dağlıq Qarabağ müharibəsi Türkiyə – Rusiya münasibətlərinə necə təsir edəcək?

27 sentyabrdan etibarən Dağlıq Qarabağ uğrunda başlayan hərbi qarşıdurma ardından prosesin Türkiyə-Rusiya münasibətlərinə necə təsir edəcəyi maraqla izlənilir.

Saytların yığılması Saytların yığılması

Krım, Suriya, Liviya məsələlərində zədələnmiş Türkiyə-Rusiya əlaqələri son olaraq Qarabağ münaqişəsində necə təsiri olacaq? Tərəflərin münaqişəyə müdaxiləsi nə dərəcədə ola bilər?

Rusiya-Türkiyə münasibətləri üzrə ekspert Dr Kərim Has Ermənistan Baş naziri Nikol Paşınyanın rəsmi Moskva ilə münasibətlərinin yaxşı olmadığını bildirir. “Moskva Paşinyandan xeyli narazıdır. Orda da idarəçiliyi ələ alaraq Belarusiya kimi etməyə çalışırlar” Buna əsas səbəb Ermənistan hakimiyyətində Putinə yaxın olan şəxslərin idarəçilikdən uzaqlaşdırılması olduğunu da qeyd edir.Bundan başqa əvvəllər Rusiyada işləyən kəşfiyyat xidmətinin rəisi vəzifəsindən azad edildi və Putinin dostu həbs edildi. Buna bənzər daha çox nümunə var. Ermənistanın Qərb dövlətləri ilə əlaqə saxlamağa çalışması Moskva üçün böyük problem kimi qiymətləndirilir. Bu səbəbdən də Putinin Daqlıq Qarabağ üçün mövqeyi fərqli qiymətləndirilir.Türkiyə ilə Rusiya arasında Liviya və Suriya üçün ciddi sahiblik müharibəsi olduğunu deyən Kərim Has Qarabağ uğrunda bu mübarizənin hələki olmadığını deyir. 2016-cı ilin aprelində 4 günlük müharibənin Moskvanın vasitəçiliyi ilə atəşkəs əldə olunduğu tarixdə Türkiyənin buna əngəl olmağa çalışdığını vurğulayır. Yaxın Şərq məsələləri üzrə ekspert Dmitar Bechev İlham Əliyevlə yaxın münasibətləri olan Putinin hər iki tərəfə balanslı davranacağını vurğulayır. Putin həm Bakı həm də İrəvana atəşkəs üçün təzyiq göstərə bilər. Dmitar Bechev Suriya və Liviyada olduğu kimi Qarabağda da Rusiya və Türkiyənin mövqeyinin toqquşduğunu deyir. Türkiyənin

masadakı gücünü yanlız Azərbaycan ordusunun qələbəsi ilə bağlı olduğunu vurğulayır. Uğursuzluq olduqda isə Rusiyanın xeyrinə dəyişəcəyini bildirir. Rusiya bu məsələdə sadəcə ABŞ və Fransa ilə deyil eyni zamanda İran ilə də çalışır. Tehran Rusiyadan Ermənistanda hərbi silah sursat daşıdığını inkar etsə də Azərbaycanın İsrail və Səudiyyə Ərəbistanla əlaqələri olmasından heç məmnun olmadığını qeyd edir.

 

Şəbnəm Zahir

 

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir