Top.Mail.Ru
DÜNYA

Dünya üçün yeni təhlükə: Bu ölkə 100% öldürən virus yaratdı

Çin alimləri 100% hallarda ölümə səbəb olan yeni virus yaradıblar.

BAKU.WS-in xəbərinə görə, bu barədə “Daily Mail” məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Sözügedən virus koronavirus növlüdür. Artıq ona “öldürücü koronavirus” adı verilib.

Təcrübə Amerikanın Boston şəhərində və Pekin Kimya Texnologiyaları Universitetinin alimləri tərəfindən gələcəkdə viruslarla necə mübarizə aparmağı öyrənmək üçün onların tədqiqi çərçivəsində aparılıb.

Virus Malayziya panqolinlərində aşkar edilib. Təcrübələr zamanı mutant virus siçanların bədəninə köçürülüb.

Müşahidələr göstərib ki, yoluxmuş gəmiricilər 7-8 gün ərzində ölür, virus orqanları məhv edir.

Alimlər virusun hava yolu ilə də keçə biləcəyini müəyyən ediblər. İnfeksiyadan sonra ilk günlərdə gəmiricilər zəiflik hiss edir, arıqlayır, sonra gözləri ağarır və ölürlər.

Bənzər yazılar