Top.Mail.Ru
DÜNYA

SON DƏQİQƏ! Ərdoğandan Üçüncü Dünya Müharibəsi XƏBƏRDARLIĞI: “Mümkün qədər tez…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Üçüncü Dünya Müharibəsi ehtimalından danışıb.

KAİM.az xəbər verir ki, Türkiyə lideri Qərbi dünyanı bu təhlükəli duruma sürükləməkdə ittiham edib.

Saytların yığılması Saytların yığılması

“Təəssüf ki, Qərbdə bu məsələni qızışdıran ölkələr və qruplar var. Onların Üçüncü Dünya Müharibəsini dəstəkləyən yanaşmaları mövcuddur. Əlbəttə, silah alverçilərinin bazara ehtiyacı var. Silah alverçilərinin bazarı da Qərbdir. Bu məsələ ilə bağlı cənab Putin son açıqlamalarında sülhün tərəfdarı olduğunu bildirib. Çünki hər iki tərəfdə yorğunluq olduğu göz qabağındadır. Biz də soruşduq ki, barışığa nə vaxt çatacağıq? İndi “Bunun bir zamanı yoxdur, bütün məsələ sizin kimi vasitəçilərin öz ağırlığını qoymasındadır” demək məqamındadırlar. Biz də öz ağırlığımızı qoymağa çalışırıq.

Ümidimiz odur ki, Rusiya ilə Ukrayna arasında bu müharibə bitəcək. İzləməyə davam edirik. Xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülər bu məsələni təqib edirlər. Ümid edirəm ki, mümkün qədər tez bir nəticəyə gələ bilərik.

İllərdir dilə gətirdiyimiz “Dünya 5-dən böyükdür” və “Daha ədalətli dünya mümkündür” tezislərimiz bu mənfi atmosferi dağıtmaq və böyük müharibə riskini aradan qaldırmaq üçün irəli sürdüyümüz konkret həll yollarıdır. Hələ də bunları həyata keçirmək mümkündür. Etməli olduğumuz şey qlobal sistemi yenidən nəzərdən keçirmək, hər kəsin ayrı-seçkilik olmadan beynəlxalq hüquqa riayət etməsini təmin etmək, tam anlayışla terrorizmi aradan qaldırmaq, ədalət və bərabərliyə əsaslanan qlobal bölüşmə sistemini tətbiq etməkdir”, – Ərdoğan vurğulayıb. //Teleqraf.com

Bənzər yazılar