Top.Mail.Ru
DÜNYA

Fransada nəqliyyatçılar da ayağa qalxdı: 7 aylıq tətilə başlayırlar

Paris Muxtar Nəqliyyat İdarəsinin (RATP) əməkdaşları fevralın 5-də başlayacaq və Parisdə Yay Olimpiya və Paralimpiya Oyunları dövrünü əhatə edəcək yeddi aylıq tətil barədə xəbərdarlıq edib. Bu barədə BFMTV kanalı ölkənin ən böyük həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyasının (CGT) bəyanatına istinadən xəbər verir.

Tətil fevralın 5-dən sentyabrın 9-dək davam etməlidir. Nəqliyyat departamentinin rəhbəri Jean Castexı göndərilən məktuba görə, “bütün RATP personalı” aksiyada iştirak edəcək. Müvafiq qərar “2024-cü il üçün qeyri-adekvat əməkhaqqı tədbirləri ilə bağlı 29 yanvar bazar ertəsi danışıqlardakı fikir ayrılıqları” ilə əlaqədar qəbul edilib. CGT bir sıra tələblər irəli sürür, o cümlədən “tarif həddinin ləğvi, əlavə və səyahət xərcləri üçün saatlıq ödənişin yenidən qiymətləndirilməsi və genişləndirilməsi, 32 saatlıq iş həftəsi əsasında qısaldılmış iş saatlarının müzakirəsi” və kadr qaydalarında aşağı gəlirli insanlar üçün “məşğulluq mükafatı”nın təsbit edilməsi.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, Paris Olimpiadası 2024-cü il iyulun 26-dan avqustun 16-dək keçiriləcək. Bundan əvvəl Parisin meri Ann Hidalqo Paris nəqliyyat sisteminin Olimpiya Oyunlarına hazır olmadığını, şəhərə oyunlar müddətində 20 milyona qədər turistin gələcəyini gözlədiyini açıqlamışdı. Olimpiya və Paralimpiya Oyunları zamanı paytaxt nəqliyyatında gediş haqqı iki dəfə artacaq. Xüsusilə bir metro gedişinin dəyəri 2,1 avrodan 4 avroya yüksələcək.

Bənzər yazılar