Top.Mail.Ru
DÜNYA

GƏRGİNLİK ARTIR! ABŞ və Britaniya 5 şəhəri VURDU

ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Yəmənin Saada, Zimmar, Hudeydə, Taiz və Əl-Bayda şəhərlərinə hava zərbələri endirib.  

Musavat.com xəbər verir ki, bu barədə husilərə bağlı “SABA” Xəbər Agentliyinin İdarə Heyətinin sədri Nəsrəddin Əmir “X” hesabında yazıb.

Saytların yığılması Saytların yığılması

Husilərə bağlı media qurumunun verdiyi açıqlamada hücumlarla bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, husilər Ədən körfəzindən ABŞ-ın “Genco Picardy” gəmisinə hücum edəndən sonra onların mövqeyinə cavab zərbələri endirilib.

Xatırladaq ki, Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları keçən ilin noyabr ayının ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.

Yanvarın 12-nə keçən gecə isə ABŞ və Britaniya silahlı qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində husilərin hədəflərinə hücum edib. ABŞ Prezidenti Co Bayden bildirib ki, zərbələr husilərin Qırmızı dənizdə misli görünməmiş hücumlarına cavabdır və müdafiə xarakteri daşıyır. Aviazərbələrin hədəfləri raketlərin və dronların yerləşdiyi yerlər, həmçinin husilərin radiolokasiya stansiyaları olub.

Bənzər yazılar

Bunu da oxu
Close