Top.Mail.Ru
DÜNYA

İran-ABŞ arasında ŞOK GƏRGİNLİK: HELİKOPTERLƏR VURULDU

İran gəmiləri Fars körfəzində Amerika helikopterinə qarşı lazerdən istifadə edib.

KAİM.AZ News24-Ə istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Məlumatda qeyd olunur ki, ABŞ Mərkəzi Komandanlığı İran SEPAH gəmilərinin Fars körfəzi üzərindəki hava məkanında ABŞ-yə məxsus “AH-1Z Viper” helikopterinə bir neçə dəfə lazer şüası atdığını iddia edən bəyanat yayıb.

Xəsarət alan olmasa da, Birləşmiş Ştatlar SEPAH Hərbi Dəniz Qüvvələrinin hərəkətlərini “təhlükəsiz və qeyri-peşəkar” kimi qiymətləndirib.

Mərkəzi Komandanlıq nümayəndələrinin sözlərinə görə, bu cür hərəkətlərə görə ABŞ hərbçilərinin və tərəfdaş ölkələrin həyatı risk altına düşüb.

ABŞ Tehranı bu cür hərəkətləri dayandırmağa çağırıb.

Bənzər yazılar