Top.Mail.Ru
DÜNYA

İrana xəbərdarlıq EDİLDİ – “Artıq bəsdir, VAXT GƏLDİ…”

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.

Saytların yığılması Saytların yığılması

Nəşr hesab edir ki, hücumun nəticəsi ən azı iki məqsədə nail olmaq idi: İran tərəfdarlarının SEPAH-ın passivliyi ilə bağlı tənqidlərinə cavab vermək və Tehranın fundamentalistlərin müdafiəçisi kimi mövqeyini təbliğ etmək və savaş gərginliyi fonunda İran daxilində müxalifəti yatırtmaq.

Təsadüfi deyil ki, İsrailə hücumdan dərhal sonra molla rejimi məcburi hicab taxmaqdan imtina edən iranlı qadınlara qarşı hərəkətə keçdi. Bu basqı hava hücumunun real məqsədlərinin bariz göstəricisidir.

Bundan əlavə, nəşr vurğulayır ki, ABŞ və Avropada HƏMAS tərəfdarlarının hücumu “Amerikaya ölüm şüarları” ilə qeyd etmələri İranın özünü “antisemitizm çempionu” kimi tanıtmaqda uğurunu göstərir. Mənbə iddia edir ki, İslam Respublikası 1979-cu ildə yarandığı gündən bəri radikal islamçıların yəhudilərə qarşı dərin nifrətini nəzərə alaraq, İsrailin məhv edilməsini özünün mərkəzi prioriteti elan edib.

“Yerusəlim Post” əlavə edir ki, İran “kafirlərə qarşı cihada hazırlaşan radikal şəbəkə” (proksi qüvvələr) yaradıb və maliyyələşdirir. Bu şəbəkə daxili müxalifəti sıxışdırmaqla yanaşı, İrana qarşı xarici hücumların qarşısını almağa xidmət edir.

İran ayətullahları çox yaxşı bilirlər ki, daxildə onlara xalq dəstəyi yoxdur. Rejim öz mövcudluğu İrandan kənarda, Orta Asiyadan tutmuş Aralıq dənizi sahillərinə qədər olan coğrafiyada yerləşən proksi qüvvələrinin dəstəyinə borcludur. İran böyük neft-qaz gəlirləri hesabına Əfqanıstan, Yəmən, İraq, Suriya və Livan kimi bir sıra ölkələrdə proksi qüvvələr yaradıb. İranı açıq hədəfə gətirmək istəməyən SEPAH təsir dairəsini genişləndirmək üçün bu vasitəçi qüvvələrdən istifadə edir. İran məhz bunlarla dəfələrlə Qırmızı dəniz, Bəsrə körfəzindəki ticarət gəmiləri, hətta regiondakı Amerika hərbi bazalarını təhdid edib.

İsrail nəşri yazır ki, İran daimi müharibə vəziyyətində olmadıqca molla rejimi əhalini idarə edə bilməz:

Mənbə hesab edir ki, Yaxın Şərqdə sülhə nail olmaq, İsrailin mövcudluğu üçün təhlükəni aradan qaldırmaq İran təhlükəsi və terrorizminin qlobal dalğasını cilovlamaq istəyənlərin koalisiyasını tələb edir:

“Əlbəttə, İslam Respublikasının İran xalqı tərəfindən aradan qaldırılması ən yaxşı seçim olardı. Ötən 45 ildə Qərb İranın davranışını dəyişməyə yönəlmiş uğursuz sakitləşdirmə siyasəti aparıb. Qərbin İran xalqı ilə həmrəy olmaq və işğal olunmuş İranda İslam Respublikasının mövcudluğuna son qoymağa yönəlmiş siyasət qəbul etməsinin vaxtı çatıb.

İranda günahsız, ləyaqətli və sülhsevər insanların səsini eşitmək, onlara ayətullahların hakimiyyətinə son qoymağa kömək etmək dünyanın məsuliyyətli işidir. Artıq bəsdir”.

“Yerusəlim Post” Qərbin iki seçiminin olduğunu vurğulayıb: ya molla rejimi, ya da dünyəvi İran xalqının yanında olmaq. //Teleqraf.com

Bənzər yazılar