Top.Mail.Ru
DÜNYA

İranın yeni prezidenti erməniləri TƏŞVİŞƏ SALDI

Azərbaycan əsilli siyasətçi Məsud Pezeşkiyanın İran prezidenti seçilməsi Ermənistanda təşviş doğurub. Ölkənin ekspert və siyasiləri bir neçə gündür bunu müzakirə edirlər.

KAİM.az xəbər verir ki, erməniləri narahat edən faktor yeni prezidentin milli mənsubiyyətidir.

Saytların yığılması Saytların yığılması

Ermənistanın “Hraparak” qəzeti yazır ki, Ermənistan əsas dəstəkçiləri ABŞ və Fransadakı mümkün dəyişiklərdən sonra artıq iqtidar dəyişikliyinin baş verdiyi İranın da dəstəyindən məhrum ola bilər.

Erməni nəşri bunu Məsud Pezeşkiyanın Azərbaycan kökənli olması ilə əlaqələndirir və İrandakı bu siyasi dəyişikliyi ölkəmizin lehinə şərh edir:

“Pezeşkiyanın İrandakı qələbəsindən çoxları narahatdır, bu, bəlkə də əsassız deyil, çünki onu azərbaycanlı hesab edirlər. Bundan əvvəl Bayden və Makronun mümkün məğlubiyyətlərindən narahat idik, indi də İran.

Lukaşenko çoxdan azərbaycanpərəstdir, Putin də Ərdoğanın müttəfiqidir. Bəlkə də bütün bu narahatlıqlar əbəs deyil”.

Gürcüstanda da durumun Azərbaycanın xeyrinə olduğunu iddia edən “Hraparak”ın fikrincə, ABŞ-də yenidən seçilmək şansı yüksək olan sabiq prezident Donald Tramp da azərbaycanpərəstdir.

Erməni nəşri nədənsə Prezident Emmanuel Makronun Fransada keçirilmiş son parlament seçkilərindəki məğlubiyyətini də Azərbaycanın xeyrinə olduğunu iddia edir. //Teleqraf.com

Bənzər yazılar