Top.Mail.Ru
DÜNYA

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant HAZIRLANIR

İsrail hələ ki, İranın hücumuna necə cavab verəcəyinə qərar verməyib.

Bu barədə CNN İsrail rəsmisinə istinadla məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

O, İsrailin cavab verməkdə qərarlı olduğunu, lakin vaxtı və miqyası ilə bağlı qərarın hələ verilmədiyini söyləyib.

Mənbə qeyd edib ki, İsrail hərbçilərinə cavab üçün bir neçə variant hazırlamaq tapşırılıb.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrail İrandan gələn təhlükəyə qarşı regional koalisiya yaradacaq.

“The New York Times” da mənbələrə istinadla yazıb ki, İranın zərbələrinə İsrailin cavabı müttəfiqləri ilə razılaşdırılacaq.//Publika.az

Bənzər yazılar