DÜNYA
İsrail ordusundan ŞOK ƏMƏLİYYAT – 20 km uzunluğunda tunellər MƏHV EDİLDİ
![](https://kaim.az/wp-content/uploads/2024/04/573197f4d0d5073ba90b1012112d038f.jpg)
İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı daha bir neçə yeraltı tunel aşkar edərək məhv ediblər. Onların fikrincə, bu tunellərdən fələstinli radikallar istifadə ediblər.
KAİM.az TASS-a istinadən xəbər verir ki, bu barədə İDF-in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, ümumilikdə, ordu bu dəfə anklavın mərkəzi hissəsində 20 km-dən çox tuneli dağıdıb.
Mətbuat xidmətindən bildirilib ki, bu yeraltı kommunikasiyalar anklavın şimal və cənub hissələrini birləşdirib.