DÜNYA
Makron geri çəkildi: “Fransa müharibəyə hazır deyil”
![](https://kaim.az/wp-content/uploads/2024/03/8ba0755d9c9b2bedd9a4f8478575a072.jpg)
“Fransanın müdafiə sənayesi yüksək intensivlikli münaqişəyə hazır deyil”.
Bu barədə ölkə prezidenti Emmanuel Makron “France 2” telekanalına açıqlamasında bildirib.
“Müdafiə sənayemiz proqnozlaşdırmadığımız yüksək intensivlikli ərazi münaqişəsinə uyğunlaşdırılmayıb”, – deyə o qeyd edib.
Dövlət başçısı həmçinin bəyan edib ki, Fransa Ukraynada münaqişənin gərginləşməsinə təşəbbüs göstərmək niyyətində deyil.
“Biz heç vaxt hücuma keçməyəcəyik, heç vaxt belə bir təşəbbüs göstərməyəcəyik”, – deyə Makron əlavə edib.//Oxu.az