Top.Mail.Ru
DÜNYA

Medvedyevdən Qərb liderlərinə həqarət – “Qarınağrıısna düşüblər”

Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsi dərmanın hədəfə tam dəyməsidir”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şoltsun sözügedən müsahibəyə reaksiyasını belə şərh edib.

Saytların yığılması Saytların yığılması

Medvedyevin sözlərinə görə, dövlət liderləri adətən başqa ölkələrdən olan həmkarları ilə müsahibələr mövzusunda danışmırlar, lakin Putinin Karlsonla söhbətindən sonra “zəmanəmizin iki ən böyük siyasətçisi onu qiymətləndirmək üçün yarışmağa başlayıb”.

“Bir halda ki, Qərb dünyasının bəzi liderləri uzun sürən maye ishaldan əziyyət çəkirlər, bu dərman onlara yaxşı təsir göstərəcək. Onlara Rusiya tarixindən əla dərs keçildi, onu dinləyən bir çox Qərb ölkələrinin vətəndaşları dünya xəritəsində ilk dəfə “Ukrayna”nı tapdılar”, – Medvedyev Telegram kanalında yazıb.

O, həmçinin bildirib ki, tezliklə Qərb dövlətlərinin liderlərinin “qarınağrısı davam edəcək.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri bu ölkənin eks-prezidenti (2008-2012) olmuş Medvedyev, demək olar ki, hər həftə Ukraynaya, Qərbə yönəlik təhqirlər, hədələr sovurur.

Bənzər yazılar

Bunu da oxu
Close