Top.Mail.Ru
DÜNYA

“NATO qoşunları müşahidəçilərin pərdəsi altında Ermənistanda yerləşdirilə bilər” – Rus politoloqdan SENSASİON İDDİA

ABŞ dünyanın istənilən nöqtəsində – Asiya-Sakit okean regionunda, Afrikada, Latın Amerikasında, Arktikada, Avropada, o cümlədən Cənubi Qafqazda çox fəaldır.

Musavat.com xəbər verir ki, bu fikirlər Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikovun “Caliber.az”a müsahibəsində yer alıb.

Saytların yığılması Saytların yığılması

Sözügedən müsahibənin bir hissəsini təqdim edirik:

– Amerika hərbi bazalarının Ermənistanda yerləşməsi ehtimalı nə qədərdir?

– Bu ehtimal minimal olsa da, hələ ki, iş buraya gəlib çatmayıb. Amma NATO ölkələrinin gizli silahlı qüvvələri sülhməramlı missiyalar və müşahidəçilər pərdəsi altında Ermənistan ərazisində yerləşdirilə bilər. Hesab edirəm ki, nə qədər ki, Ermənistan KTMT-nin üzvüdür, orada Amerikanın hərbi bazaları olmayacaq.

– Ermənistan KTMT-dən çıxmır, eyni zamanda blokun tədbirlərində iştirakdan imtina edir…

– Mən Ermənistanın KTMT-dən çıxmağa hazır olduğunu düşünmürəm. Paşinyan çox gözəl anlayır ki, Ermənistanın özü hərbi baxımdan heç bir subyektivliyi təmsil etmir. Bu gün İrəvanın mütləq xarici təhlükəsizlik çətirinə ehtiyacı var, ona görə də çox güman ki, Ermənistan KTMT tədbirlərində iştirak etməyəcək, lakin KTMT-dəki varlığını de-yure saxlayacaq.

– Paşinyan “Sülh kəsişməsi” layihəsini beynəlxalq səviyyədə təbliğ etməyə çalışır. Sizcə, hansı məqsədlə?

– Əsasən Avropadan müəyyən qədər pul almaq üçün. Məsələ bunun effektiv layihə olmasında deyil, sadəcə olaraq, Avropada gözəl piarı sevirlər və bunun üçün pul verməkdən çəkinmirlər.

-Ermənistanda çevriliş baş versə, hakimiyyətə ruspərəst siyasətçi gələ bilərmi?

– Mən o qədər də əmin deyiləm. Rusiya başqa ölkələrdə dövlət çevrilişi təşkil etmir, amma tamamilə Rusiyayönümlü, yaxud Avropa layihələrinə daha mənfi münasibət bəsləyən bir adamın hakimiyyətə gəlməsi tamamilə mümkündür. Niyə də yox? Bunun yalnız inqilabi üsullarla olacağı da fakt deyil, ola bilsin ki, bu, seçkilərlə də baş verə bilər.

Bənzər yazılar