Top.Mail.Ru
DÜNYA

“Ordu Ramazan ayına qədər HƏRƏKƏTƏ KEÇİR” – ŞOK

İsrail ordusu Misir sərhədindəki Rəfaha hücum planlaşdırır.

Musavat.com xəbər verir ki, İsrailin baş naziri Netanyahunun əməliyyatı Ramazana qədər tamamlamaq istədiyi iddia edilir.

Saytların yığılması Saytların yığılması

Belə ki, İsrailin baş naziri Benyamin Netanyahunun orduya Rəfahda əməliyyat keçirmək əmri verdiyini açıqlayıb. Bu açıqlamadan sonra İsrail mediası Netanyahunun martın 10-da başlayacaq əməliyyatın Ramazan ayına qədər tamamlanmasını istədiyini yazıb.

Kanal 12-nin xəbərinə görə, baş nazir bu yaxınlarda döyüş kabinetinə bildirib ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadalarının Rəfahda zərərsizləşdirilməsi planını dərhal həyata keçirməlidirlər. Buna görə də Netanyahu hesab edir ki, onların Rəfah əməliyyatını başa çatdırmaq üçün Ramazana cəmi bir ay qalıb.

Benyamin Netanyahu sözügedən təqvimlə bağlı İsrail Baş Qərargah rəisi Herzi Halevi ilə də görüşüb. Halevi bəyan edib ki, İsrail ordusu mümkün əməliyyata hazırdır, lakin siyasi administrasiya əvvəlcə şəhərdəki fələstinli qaçqınlarla nə edəcəyinə qərar verməlidir.

Oktyabrın 7-də başlayan müharibədən sonra Qəzza zolağının şimal və mərkəzi hissələrində yaşayan yüz minlərlə fələstinli Misir sərhədinin cənubunda yerləşən Rəfah şəhərinə sığındı. Müharibədən əvvəl 150 min əhalisi olan şəhər bu gün 1,5 milyona yaxın fələstinliyə ev sahibliyi edir.

Bənzər yazılar