DÜNYA
Putin 2024-cü il seçkilərində iştirak edəcək? – Peskovdan AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.
BAKU.WS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a “Reuters” agentliyinin Putinin 2024-cü ilin mart ayında keçiriləcək seçkilərdə iştirak edəcəyini bildirən nəşrini şərh edərkən deyib.
“Putin bununla bağlı hələ ki, heç bir açıqlama verməyib. Heç rəsmi olaraq kampaniya da hələ başlamayıb”, – Kreml nümayəndəsi deyib.