Top.Mail.Ru
DÜNYA

Putinin Şimali Koreya səfərinin gizlinləri: B PLANI İŞƏ DÜŞDÜ

KAİİM.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti yazır.

Saytların yığılması Saytların yığılması

Nəşr bildirir ki, ABŞ və müttəfiqləri Ukraynanın onların silahları ilə Rusiya ərazisini vura biləcəyini bəyan etdikdən sonra Putin nüvə təhlükəsini artırmağa başlayıb. Rusiya artıq taktiki nüvə silahlarının tətbiqi üzrə təlimlər keçirib. Həmçinin Rusiya lideri söyləyib ki, Moskva nüvə arsenalından nə vaxt istifadə edəcəyini müəyyən edən doktrinanın dəyişdirilməsini nəzərdən keçirəcək. Bundan əlavə, o, Avropanın NATO üzvü olmayan ölkələrinə öz kiçik ərazilərini xatırladıb, onların asanlıqla məhv edilə biləcəyinə eyham vurub.

Şimali Koreya ilə qarşılıqlı müdafiə aktı imzaladıqdan sonra Putin Ukraynanın Qərb silahlarından istifadəsinə məhdudiyyətlərin yumşaldılmasına cavab olaraq, Pxenyanı silahlandıra biləcəyi barədə xəbərdarlıq edib.

“Qərb Ukraynaya silah verib deyir ki, biz burada heç nəyə nəzarət etmirik. Biz də deyə bilərik ki, kiməsə nəsə veririk, sonra ona nəzarət etmirik. Qoy bu haqda düşünsünlər”, – Putin Şimali Koreyaya səfəri zamanı söyləyib.

Məqalədə vurğulanır ki, Kreml rəhbərinin Asiyaya səfəri zamanı etdiyi sərt xəbərdarlıqlar Rusiya və Qərbi Ukrayna ilə bağlı yeni eskalasiya mərhələsinə sürükləyir.

“Nüvə silahından istifadə etmək və ya Ukraynada döyüş meydanında təxribatları artırmaqdan başqa, Rusiya lideri sübut etmək istəyir ki, Qərbə başqa yollarla və başqa yerlərdə təzyiq göstərə və onu qarşıdurmaya çəkə bilər”, – məqalədə deyilir.

Politoloq Aleksandr Qabuyevə görə, Rusiya Ukraynaya hərbi dəstək verən Qərbdən əvəz çıxmaqda qərarlıdır, bu baxımdan bir sıra dönməz addımlar atmağa, məsələn, Şimali Koreya ilə mürəkkəb hərbi texnologiyaları bölüşməyə hazırdır. //Teleqraf.com

Bənzər yazılar