Top.Mail.Ru
DÜNYA

Rus politoloq: “Rusiya qələbə qazanmadı, Türkiyə ilə hesablaşmalı oldu”

Qarabağda qarşıdurma davam edir.

Hətta Rusiya sülhməramlılarının bölgəyə gəlişi də bunun qarşısını almayıb. Əksinə, bəzən elə təəssürat yaranır ki, qanunsuz birləşmələr məhz ruslara güvənir.

KAİM.AZ  xəbər verir ki, Moskva Karnegi mərkəzinin direktoru Dmitri Trenin Azadliq Radiosuna müsahibə verib. Politoloq gündəm barədə sualları cavablandırıb.

Saytların yığılması Saytların yığılması

Müsahibəni Azadliq Radiosunun Ermənistan xidmətinin rəhbəri Qrayr Tamrazyan götürüb. Trenindən əvvəlcə Rusiyanın niyə fəal əməliyyatlara imkan verməsi soruşulub. Politoloqun fikrincə, problemin diplomatik həll yolu alınmadığından, bu variant qaçılmaz olub: “Bir çox analitiklər də qeyd edir ki, Azərbaycan son 20 ildə xeyli güclənib. Türkiyənin bölgədə fəallığı da artıb. Hər şey indiki ssenariyə aparırdı. Azərbaycanın aşkar üstünlüyü şəraitində yalnız danışıqlar aktiv əməliyyatların qarşısını ala bilərdi. Rusiya rəhbərliyinə qulaq asanda belə anlaşılır ki, Madrid prinsiplərinə əməl olunmalıydı, Dağlıq Qarabağ ətrafında 5+2 rayon azad edilməliydi. Amma Ermənistan rəhbərliyi bunu yaxına buraxmırdı. Suala başqa tərəfdən yanaşaq: Rusiya Azərbaycan ordusunun qarşısını ala bilərdimi? Ala bilərdi. Amma bu həm də perpektivdə istər Azərbaycanla, istər də Türkiyə ilə açıq toqquşmaya başlamaq anlamına gələcəkdi. Bu isə Rusiyanın milli maraqlarına ziddir”.

Türkiyə əsgərləri Bakıda paradda

Tamrazyan növbəti sualda Ermənistanın böyük itkilərindən danışıb. Sual Rusiyanın belə faciə yaşanacağını təsəvvür edib-etməməsi haqda olub.

“Ermənistanda, elə bu ölkədən kənarda da çoxları inanırdı ki, onlar əldə edilən torpaqları qoruyub saxlaya biləcəklər. Ermənistanın yerləşdiyi mövqelər, yerli coğrafi şərait də nikbin düşünməyə əsas verirdi. Bu, baş vermədi. Həm də ona görə ki, Baş Qərargah və Ali Baş Komandanlıq vəzifənin öhdəsindən gələ bilmədi”, – Trenin belə cavab verib.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Rus politoloq Türkiyənin bölgədə nüfuzunun və təsir qüvvəsinin artdığını vurğulayıb. Onun fikrincə, Ankaranın Cənubi Qafqazda möhkəmlənməsi heç də Rusiyanın icazəsi ilə baş tutmayıb: “Rusiya Türkiyə ilə hesablaşmalı oldu”.

Trenin müsahibənin qalan hissəsində də Azərbaycanın gücündən, Ermənistanın çarəsiz vəziyyətə düşməsindən danışıb. Trenin Rusiyanın Qarabağda qələbə əldə etdiyini düşünmədiyini bildirib: “Çünki müttəfiq Ermənistan ağır məğlubiyyətə uğrayıb. Rusiya sadəcə, imicini qismən qoruya bilib”.bizimyol.info

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir