Top.Mail.Ru
DÜNYA

Rusiya xəritəsini GENİŞLƏNDİRİR: Plan rəsmən AÇIQLANDI – İki ölkə HƏDƏFDƏ

KAİM.az xəbər verir ki, XİN bunu “qonşu ölkələr və cəmiyyətlərini qorxutmaq məqsədi daşıyan düşünülmüş, məqsədyönlü təxribat” adlandırıb.

Saytların yığılması Saytların yığılması

“Bu, Rusiyanın aqressiv və revizionist siyasətinin qonşularının və bütövlükdə Avropanın təhlükəsizliyini təhdid etdiyini göstərən daha bir sübutdur”, – açıqlamada deyilir.

Qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyi sənəd hazırlayıb, buna əsasən, Rusiya Fin körfəzinin şərqi, həmçinin Kalininqrad vilayətinin Baltiysk və Zelenoqradsk şəhərləri yaxınlığındakı akvatoriyanın bir hissəsini özünün daxili dəniz suları elan etmək niyyətindədir.

Xarici işlər naziri Qabrielus Landsberqis öz növbəsində bildirib ki, Litva və Finlandiya ilə dəniz sərhədlərini yenidən cızmaq niyyətində olan Rusiya növbəti hibrid əməliyyatını həyata keçirir. O əlavə edib ki, bu, NATO və Avropa Birliyinə qarşı yönəlmiş açıq eskalasiyadır və sərt reaksiya verilməlidir.

Dünən “The Moscow Times” Rusiya hökumətinin qətnamə layihəsinə istinadla yazıb ki, Moskva Fin körfəzinin şərqi, həmçinin Baltiysk və Zelenoqradsk yaxınlığındakı akvatoriyanın bir hissəsini daxili dəniz suları elan etməyə hazırlaşır. Sənəddə göstərilir ki, 1985-ci ildə müəyyən edilmiş coğrafi koordinatlar indiki coğrafi vəziyyətə uyğun gəlmir. Ruslar Finlandiya və Litva sərhədlərində bir sıra adalar və dəniz sularında koordinatları tənzimləmək istəyirlər.

İddiaya görə, Rusiya dəniz sərhədinin keçidini dəyişmək niyyətindədir. “Delfi” vurğulayır ki, qətnamə Rusiya ordusunun taktiki nüvə silahları ilə təlimlərinin başlanması ilə eyni vaxtda müzakirəyə çıxarılıb. //Teleqraf.com

Bənzər yazılar