Top.Mail.Ru
DÜNYA

Rusiyada paytaxt Moskvadan Sibirə köçürülür? – Peskov AÇIQLADI

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı tarixçi Afanasi Nikolayevin paytaxtı Moskvadan köçürmək təşəbbüsünü şərh edib. Tarixçi, paytaxtın İrkutska köçürülməsini təklif edib, onun fikrincə bu, daha təhlükəsiz və daha rahat olar.

Mətbuat konfransı zamanı jurnalistlərdən biri tarixçinin prezident Vladimir Putinə ünvanlanmış olduğu məktubu görüb-görmədiyini soruşduqda, Peskov məktubu özü oxumadığını qeyd edib.

Saytların yığılması Saytların yığılması

“Məktubu özüm oxumamışam, amma bu barədə mediada xəbərlər görmüşəm. Bu təşəbbüsün həyata keçirilə biləcəyini düşünmürəm”, – deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, bundan əvvəl “Sakhalife” nəşri yakut tarixçisi Nikolayevin ölkə paytaxtının Moskvadan köçürülməsini təklif etdiyi açıq məktubu dərc etmişdi.

Alimin fikrincə, Rusiya Federasiyasının paytaxtı İrkutska köçürülməlidir. O hesab edir ki, bu, Rusiya Federasiyasının Avropa və Asiya hissələrinin tarazlı inkişafını təmin edəcək və dövlətin sosial-iqtisadi inkişafını sürətləndirəcək./BAKU.WS

Bənzər yazılar