Top.Mail.Ru
DÜNYA

Rusiyada yaşayış binası vuruldu – Ölənlər var

Ötən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatının Kursk vilayətindəki yaşayış binasına hücumu nəticəsində 5 nəfər ölüb.

KAİM.az Tribunainfo.az -a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov “Telegram” kanalında yazıb:

Saytların yığılması Saytların yığılması

“Bu gecə Ukraynaya məxsus kvadrokopter Rılsk rayonunun Qorodişe kəndindəki yaşayış binasına hücum edib. Böyük kədər hissi ilə deyirəm ki, nəticədə ikisi azyaşlı olmaqla, 5 nəfər ölüb. İki nəfər Rılsk Rayon Xəstəxanasına aparılıb və orada onlara tibbi yardım göstərilib. Həlak olanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm” – qubernator belə yazıb.

Bənzər yazılar