Top.Mail.Ru
DÜNYA

Savaşın gözlənilməz SONU: “Putin qalib gəlsə, ilk bizə HÜCUM EDƏCƏK”

Rusiya lideri Vladimir Putin Ukrayna ilə müharibədə qalib gəlsə, NATO-nu hədəfə alacaq.

KAİM.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pens deyib.

Saytların yığılması Saytların yığılması

Siyasətçi Nümayəndələr Palatasını Ukraynaya əlavə maliyyə yardımı ayırmağa çağırıb.

“Vladimir Putinlə görüşdən sonra şübhə etmirəm ki, əgər Putinə Ukraynanı ələ keçirməyə icazə verilsə, tezliklə NATO ölkəsinin sərhədini də keçəcək, bu zaman bizim hərbi geyimli kişi və qadınlarımız döyüşməli olacaq”, – Pens bildirib.

Onun sözlərinə görə, bu, ABŞ-ni NATO-nun 5-ci maddəsinə uyğun olaraq müharibəyə girməyə məcbur edəcək.

“Bu nöqtədə addım atmalı, təkcə Rusiya və Vladimir Putin yox, həm də Tehrandakı mollalar və Çin lideri Si Cinpinə təsiredici siqnal göndərməliyik ki, möhkəm dayanmışıq. Paralel olaraq əziz müttəfiqimiz İsrail və Tayvana dəstəyimizi yeniləməliyik”, – Pens vurğulayıb. //Teleqraf.com

Bənzər yazılar