Top.Mail.Ru
DÜNYA

“Şimal axını-2” ilə bağlı məxfi sirlər mediaya necə və niyə sızıb? – Araşdırma aparılır

Almaniya Baş Prokurorluğu “Şimal axını-2” qaz kəmərinin planlaşdırılması zamanı dövlət sirlərinin mümkün açıqlanması ilə bağlı araşdırmaya başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

2018-ci ilin yanvar ayında “Stralsund” mədən idarəsi öz saytında qaz kəməri üçün planlaşdırma icazəsini dərc edib. Sənədin 556-cı səhifəsində Almaniya Müdafiə Nazirliyinin “gizli, yalnız rəsmi istifadə üçün” qrifli məxfi məlumatları olub. Almaniya Baş Prokurorluğu qeyd edib ki, bu, xüsusilə NATO sualtı qayıqlarının fəaliyyət göstərdiyi ərazilərə dair məlumatlardır.

Məxfi məlumatların açıqlanmasına görə məsuliyyət daşıyanları 5 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, “Şimal axını -2”-də baş verən diversiya aktının, qaz kəmərinin partladılmasının sifarişçilərinin və icraçılarının axtarışı davam edir. Rusiya tərəfi bu məsələdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini ittiham edir. Ayrıca RF prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Almaniyanı bu diversiya aktıyla bağlı susqunluqda qınayıb.

Bənzər yazılar