Top.Mail.Ru
DÜNYA

ŞOK: Türkiyə Rusiya arasında ATOM anlaşması: ikinci AES-in inşasına start verilir

Türkiyə Rusiyanın “Rosatom” dövlət korporasiyasına atom elektrik stansiyalarının tikintisi üçün ikinci sahə verəcək.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev Dövlət Dumasında çıxışı zamanı bildirib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan deyib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başqa bir stansiyanın qurulmasının bizə verilməsi ilə bağlı siyasi qərar alındığını açıq şəkildə elan etdi. İndi təfərrüatları öyrənirik. Çox güman ki, bu, Aralıq dənizində deyil, Qara dənizdə “Sinop” adlı sahə olacaq”.

2023-cü il sentyabrın 4-də Ərdoğan, Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra Soçidə keçirdiyi mətbuat konfransında Türkiyənin ilk Akkuyu AES-in tikintisinin tam sürətlə davam etdiyini, Rusiya ilə “Sinop” ərazisində ikinci atom elektrik stansiyasının tikintisi layihəsinin müzakirə olunduğunu deyib.

Bənzər yazılar