Top.Mail.Ru
DÜNYA

SON DƏQİQƏ! Müharibəyə hazırlıq BAŞLADI – Üç ölkə birdən…

ABŞ-da 2024-cü il seçkilərində respublikaçıların güclü namizədi Donald Trampın “Rusiyanı NATO ərazisinə hücuma sövq edə biləcəyi” ilə hədələməsi və Ukrayna müharibəsinin cəbhədəki mənfi mənzərəsi Rusiyanın qonşu dövlətlərini sərhədlərini möhkəmləndirməyin yollarını axtarmağa sövq edib. 

KAİM.az xəbər verir ki, ABŞ-ın “The Washington Post” nəşrinin məlumatına görə, Baltikyanı ölkələr sərhəd təhlükəsizliyi üçün “mina kimi ucuz və ənənəvi müharibə texnologiyalarını” nəzərdən keçirməyə başlayıblar.

Saytların yığılması Saytların yığılması

Üç Baltikyanı ölkə olan Litva, Latviya və Estoniyanın rəsmiləri bu yaxınlarda sərhədlərini qorumaq üçün piyada əleyhinə minaları qadağan edən Ottova müqaviləsindən çıxıb-çıxmamaq barədə danışıqlar aparıblar. Hökumətlər hələlik müqavilədən çəkilməmək qərarına gəlsələr də, tank əleyhinə minalar kimi mülki insanlar üçün daha az təhlükəli olan sursatlara investisiya qoyuluşunu gündəmə gətiriblər.

Bu kontekstdə Latviya, Litva və Estoniyanın müdafiə nazirləri “Baltikyanı Müdafiə Xətti” adlı koordinasiyalı sığınacaq və istehkamlar sisteminin qurulması barədə razılığa gəliblər. Razılaşmaya uyğun olaraq sərhədlərdə hərbi maşınların keçməsinin qarşısını almaq üçün sensorların yerləşdirilməsi planlaşdırılır.

Bundan əlavə, Rusiyanın sərhədlərə qoşun yeridəcəyi təqdirdə istifadə oluna biləcək məsafədən partladılmış tank əleyhinə minalara investisiyalar qoyulacaq. Plan hazırlanarkən Rusiyanın işğalı altında olan, Ukraynanın şərqindəki müdafiə xətlərinin strukturu nəzərə alınıb.

Qeyd edək ki, Rusiya ilə həmsərhəd olan Baltikyanı ölkələr NATO üzvləridir. Bu, mümkün hücum halında 5-ci maddəyə Alyansın uyğun olaraq onlara kömək edəcəyini təmin edir. Lakin 2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasının aparıcı namizədi Donald Trampın qalib gəlmə ehtimalı bu ölkələri “tək başlarına müqavimət göstərmək imkanları” üzərində düşünməyə vadar edir. Seçki mitinqində Tramp demişdi ki, yenidən seçiləcəyi təqdirdə Rusiyanı maliyyə öhdəliklərini yerinə yetirməyən NATO üzvlərinə hücum etməyə təşviq edə bilər.

Musavat.com

Bənzər yazılar