Top.Mail.Ru
DÜNYA

SON DƏQİQƏ: Rusiya QIRĞINA BAŞLADI – Xarkov və Odessa BOMBALANDI – Ölənlər VAR

Rusiya ordusu səhər saatlarında Xarkovda baş verən silsilə parlayışlar nəticəsində bir nəfər ölüb, ikisi yaralanıb. Bu barədə şəhərin meri İqor Terexov məlumat verib.

Terexov hazırda şəhər infrastrukturuna dəyən ziyanın həcminin müəyyənləşdirildiyini bildirib.

Saytların yığılması Saytların yığılması

Mer vurğulayıb ki, şəhərdə həyəcan siqnalı təhlükəli vəziyyət aradan qalxana qədər davam edəcək.

Rusiya Odessaya da növbəti raket zərbəsi endirib. 23 mülki şəxs xəstəxanalara yerləşdirilib. Onlardan səkkizinin vəziyyəti ağır, dördünün vəziyyəti isə çox ağırdır. Bundan əlavə, artıq beş nəfərin öldüyü məlumdur.

Ukrayna tərəfinin məlumatına görə, ruslar Odessa Hüquq Akademiyası”nın Tələbələr Sarayını hədəf alıblar və bunun üçün kaset başlıqlı “İsgəndər-M” raketindən istifadə ediblər.
Qeyd olunur ki, ərazidə heç bir hərbi obyekt yoxdur və insanlar dəniz sahilində yerləşən bu ərazidən gəzinti üçün istifadə ediblər. Ona görə ölən və yaralananların hamısı mülki şəxslərdir. //Müsavat.com

Bənzər yazılar