Top.Mail.Ru
DÜNYA

Stoltenberqdən Ukrayna ilə bağlı İLGİNC AÇIQLAMA

“Avropa İttifaqı Ukraynaya 1 milyon mərmi vəd edib, lakin vədini yerinə yetirməyə belə yaxınlaşmayıb”.

Musavat.com xəbər verir ki, NATO Parlament Assambleyasının sessiyasında çıxış edən baş katib Yens Stoltenberq təpkisini bu sözlərlə dilə gətirib.

Saytların yığılması Saytların yığılması

“NATO ölkələri Ukraynanı bütün silahların 99%-i ilə təmin edib, lakin bu, kifayət deyil, biz Kiyevə kifayət qədər göndərməmişik və ciddi gecikmələr olub. Birləşmiş Ştatlar 6 ay ərzində Ukraynaya yardım paketini müzakirə etdi, Avropa İttifaqı 1 milyon mərmi vəd etdi, lakin bu rəqəmə yaxınlaşa bilmədi”, – deyə Stoltenberq tədarükün daha da artırılmasına çağırıb.

Onun fikrincə, Ukrayna qüvvələrinin çoxsaylı yerli məğlubiyyətlərinin əsas səbəbi hərbi təchizatın çatışmazlığıdır.

Bənzər yazılar