Top.Mail.Ru
DÜNYA

Tramp: Baydenin hərəkətləri nüvə müharibəsi riskini artırır

ABŞ prezidenti Co Baydenin hərəkətləri ABŞ-ı heç vaxt çıxa bilməyəcəyi nüvə müharibəsinə sürükləyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu cümlə ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən “Fox News” telekanalının efirində səslənib.

Saytların yığılması Saytların yığılması

Trampın fikrincə, Rusiya prezidenti Vladimir Putin, Çin sədri Si Tsinpin və Şimali Koreya lideri Kim Çen In Baydendən qat-qat ağlıllıdırlar.

Tramp, həmçinin Baydenin ABŞ üçün ən böyük təhlükənin iqlim dəyişikliyi olduğu fikri ilə razılaşmayıb. “Mənim üçün vacib olan yeganə qlobal istiləşmə nüvə silahları səbəbindən iqlim dəyişikliyidir. Çünki bu, daha realdır”, – deyə Tramp vurğulayıb.

Bənzər yazılar