DÜNYA
Türkiyə ilk dəfə S-400-ü İŞƏ SALIR – Vurulacaq hədəf AÇIQLANDI
![](https://kaim.az/wp-content/uploads/2024/04/s400_launch_configuration_0-768x470.jpg)
Türkiyə yayda PKK terror təşkilatına qarşı planlaşdırılan hərbi əməliyyatlar üçün İraqla sərhəddə Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərini yerləşdirə bilər.
KAİM.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb .
Ankara belə bir addım atarsa, bu, Türkiyəyə tədarük edilən S-400 raket kompleksinin ilk dislokasiyası və ya istifadəsi olacaq.
Türkiyə və Rusiya arasında sözügedən raketlərlə bağlı anlaşma 2017-ci ildə imzalanıb. Müqavilənin dəyəri 2.5 milyard dollardır.
Anlaşma ABŞ-nin kəskin tənqidinə səbəb olub. Bundan sonra Türkiyə F-35 beşinci nəsil qırıcı proqramından uzaqlaşdırılıb. //Teleqraf.com