Top.Mail.Ru
DÜNYA

“Üçüncü Dünya Müharibəsinə hazırıq” – Türkiyə BƏYAN ETDİ

KAİM.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidanın Üçüncü Dünya müharibəsi ehtimalı ilə bağlı açıqlamasını şərh edən Müdafiə Nazirliyinin mətbuat xidmətinin müşaviri kontr-admiral Zəki Aktürk deyib.

Saytların yığılması Saytların yığılması

“Birinci və ikinci dünya müharibələrində olduğu kimi hərtərəfli risklərin olub-olmadığını soruşursunuzsa, bu, mümkündür. Müdafiə Nazirliyi olaraq müdafiə və təhlükəsizliyimizlə bağlı qiymətləndirmə aparır və bu çərçivədə lazım olan bütün planlarımızı qururuq. Rahatlıqla deyə bilərik ki, ən hazırlıqlı ölkələrdənik. Türkiyə Silahlı Qüvvələri artıq dinamik, bir çox coğrafiyada davamlı fəaliyyət göstərən, öz planları və logistikasını sınaqdan keçirmiş və təsdiqləmiş bir ordudur. Həmçinin dünyanın bir çox yerində sülhə dəstək fəaliyyətləri həyata keçirir. Heç kim, xüsusən də ölkəmiz Üçüncü Dünya müharibəsi kimi qaranlıq mənzərəni istəmir, amma qeyd etmək lazımdır ki, ordumuz istənilən ssenariyə hazırdır”, – müşavir vurğulayıb. //Teleqraf.com

Bənzər yazılar