Top.Mail.Ru
DÜNYA

Ukraynadan Krımda daha bir uğurlu əməliyyat: Rusiyanın 80 milyon dollarlıq hərbi kateri məhv edildi

Ukrayna kəşfiyyatının(QUR) Krımda keçirdiyi xüsusi əməliyyat nəticəsində Rusiyanın “İvanovets” raket kateri məhv edilib.

Unian xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Donuzlav gölündə hərbi növbədə olan katerin gövdəyə bir sıra birbaşa zərbələr onun məhvinə səbəb olub.

QUR nümayəndəsi Andrey Yusovun sözlərinə görə, bu günə qədər Rusiyanın Qara dəniz donanmasının tərkibində cəmi üç belə kater var idi: “Bu, həqiqətən də çox uğurlu əməliyyatdır və Qara Dəniz Donanmasının komandanlığını ümumilikdə bu qrup gəmilərinin Krım ətrafında saxlanmasının məqsədəuyğunluğu barədə düşünməyə vadar edəcək, təcavüzkar ölkənin şəxsi heyətini daha da ruhdan salacaq”.

Bundan əlavə, Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi əlavə edib ki, belə bir katerin qiyməti təxminən 70-80 milyon dollardır. Bundan əlavə, zərbə zamanı düşmən gəminin bütün sursatını və ekipajını da itirib. Katerdə 40 nəfərə qədər Rusiya hərbçisi olub. Gəmini xilas etmək cəhdləri faydasız olub.

Bənzər yazılar