Top.Mail.Ru
DÜNYA

Xameneyidən MÜHARİBƏ ELANI: Ordu döyüş vəziyyətinə gətirildi

Dünya liderləri iki əzəli düşmən arasında birbaşa qarşıdurmanın qarşısını almağa çalışarkən, İsrail ordusu İranın hücumuna qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib.

KAİM.az xəbər verir ki, İsrail İranın mümkün cavab tədbirlərinə əl atacağını istisna etmir.

Saytların yığılması Saytların yığılması

“Yüksək hazırlıq vəziyyətindəyik”, – İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari yəhudi dövlətinin bütün cəbhələrdə təhlükə ilə üz-üzə olduğunu deyib.

Haqari atılması lazım olan addımlar barədə israillilərin dərhal xəbərdar ediləcəyini bildirib.

“İran ərazisindən birbaşa hücum onun Yaxın Şərqi qızışdırmaq və proksi qüvvələrinin arxasında gizlənməyi dayandırmaq niyyətinin bariz sübutu olacaq”, – sözçü vurğulayıb.

İsrail Baş nazir Benyamin Netanyahu da İrana xəbərdarlıq edib ki, təxribat olarsa, zərbə endirməkdən çəkinməyəcəklər.

“Kim bizə zərər versə, biz də onlara zərər verəcəyik”, – baş nazir qeyd edib.

Netanyahu İsrailin həm müdafiə, həm də hücuma hazır olduğunu açıqlayıb.

Müdafiə naziri Yoav Qallant da İranın İsrailə birbaşa hücuma sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.

İran aprelin 1-də Suriyadakı konsulluğuna hava hücumuna görə qisas alacağını vəd edib. İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyib.

İranın dini lideri Əli Xameneyi aprelin 10-da konsulluğa hücumun “İran ərazisinə hücuma bərabər” olduğunu söyləyərək, İsrailin cəzalandırılacağını iddia edib.

Son olaraq, “The Wall Street Journal” (WSJ) rəsmi mənbələrə istinadla İranın 48 saat ərzində İsrailə hava zərbələri endirəcəyini yazıb. //Teleqraf.com

Bənzər yazılar