Top.Mail.Ru
DÜNYA

Yunanıstandan Türkiyəyə qarşı ÇİRKİN ADDIM – Adalara hərbi birliklər yerləşdirildi

Bir həftədir Türkiyəyə yaxın məsafədə yerləşən Egey dənizinin adalarını ziyarət edən Yunanıstan ordusunun Baş Qərargah rəisi Konstantinos Floros silahsızlaşdırılması lazım olan Lemnos, Meis, Psara və Rodosa və suverenliyi Yunanıstana verilməyən adalara gedərək orada hərbi birlik yerləşdirib.

KAİM.az Publika.az-a istinadən xəbər verir ki, hüquq mühafizə orqanları xaricində adaya əsgərlər, silah və müdafiə sistemləri yerləşdirilib.

Saytların yığılması Saytların yığılması

Eyni zamanda, Yunanıstan Müdafiə nazirinin müavini Alkiviadis Stefanis də EGAYDAAK-ın nəzdindəki adalara baş çəkib, oradakı hərbçilərlə görüşüb.

Mövzunu şərh edən dosent Cihat Yaycı bunları söyləyib: “Yunanıstan əslində bu adaların suverenliyini və özlərinə birləşdirmək şərtini də öz əlləri ilə ortadan qaldırdı. Türkiyə təcili olaraq bu adaların əsgər və silah-sursatdan təmizlənilməsini tələb etməli, hər cür qanuni və diplomatik təşəbbüslərə əl atmalıdır. EGAYDAAK 152 ada və ada qrupudur. Bu mövzuda qanuni və diplomatik yollarla mübarizə aparmalıyıq. Bəzilərində kənd və qəsəbələr olan bu adaların kimə aid olma məsələsi Adalar dənizinin təməl problemidir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir