EKO-MEDİA
Azərbaycan İQLİM DƏYİŞİKLİYİ mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək
“COP29-un ölkəmizdə keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür”.
KAİM.az xəbər verir ki, bunu COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev deyib.
O qeyd edib ki, Azərbaycan COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək.