Top.Mail.Ru
EKO-MEDİA

Azərbaycan Prezidenti “Euronews”a müsahibəsində ölkəmizin enerji sektorunda qlobal liderliyini bir daha diqqətə çatdırdı – ŞƏRH

Son illər Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi daha geniş miqyas alıb. Artıq işğaldan azad edilmiş ərazilərimizdə – Şuşa, Cıdır düzü, Suqovuşanda beynəlxalq tədbirlərin, musiqi festivallarının, idman yarışlarının keçirilməsinə ev sahibliyi edir. Paytaxt Bakıda isə mötəbər tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Həmin tədbirlər daim dünyanın diqqət mərkəzində olur. Tanınmış televiziya kanallarının həmin tədbirlərdən reportajlar hazırlaması, həmçinin Prezident İlham Əliyevdən müsahibə alması dövlətimizin başçısının və ölkəmizin reytinqinin getdikcə artmasının nəticəsidir. Bu günlərdə Prezident İlham Əliyevin də müsahibəsinin yer aldığı “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərindən reportaj yayımlanıb.

Bu fikirləri AZƏRTAC-a həmin müsahibə ilə əlaqədar açıqlama verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Saytların yığılması Saytların yığılması

17192043416336430623_1200x630.jpg (85 KB)

Tanınmış hüquqşünas deyib ki, artıq Azərbaycan daha mötəbər bir tədbirə – COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi naminə müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir. Belə tədbirlər ölkəmizin yaşıl gündəliyini nümayiş etdirir. Bununla yanaşı, Azərbaycanın nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğunu təsdiqləyir. Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Ölkəmizin yaşıl gündəliyi nümayiş etdirməsi də bundan xəbər verir. Dövlətimizin başçısı “Euronews” televiziyasına verdiyi müsahibəsində də belə tədbirlərin xüsusi əhəmiyyətindən söhbət açıb və deyib ki, Azərbaycanda yaxşı sərmayə mühiti var. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaq. Hazırda ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.

Ç.Qənizadə dövlətimizin başçının müsahibəsindəki bəzi məqamları diqqətə çatdıraraq deyib ki, Azərbaycanın böyük tərəfdaşları var. “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Prezident, həmçinin qeyd edib ki, Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Milli enerji şəbəkəmizin gücləndirməsini prioritet hesab edən dövlətimizin başçısı deyib ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Qeyd edib ki, Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Beynəlxalq tərəfdaşlıq tələb edən məsələlərin tərəfdaşlarımızla həll edilməsini vacib hesab edən Prezident İlham Əliyev bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməsinin zəruriliyini bildirib. Deyib ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.

Hüquq müdafiəçisi deyib ki, ölkə rəhbəri Bakı Ekspo Mərkəzində keçirilən tədbirin əhəmiyyətini də diqqətə çatdırıb: “Konfrans enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdu. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Tədbir, öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə – neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz”.

“Ev sahibliyi edən ölkə kimi, Azərbaycanın əsas məqsədlərindən biri birlik və həmrəylik yaratmaqdır. Qarşıya qoyulan prioritet vəzifələrdən biri Azərbaycanın sədrliyi ilə keçirilən bütün tədbirlərdə və ondan sonra da elə bir mühit yaratmaqdır ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsinlər. Dövlət başçımızın dediyi kimi, qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”- deyə tanınmış hüquqşünas bildirib.

Bənzər yazılar