Top.Mail.Ru
EKO-MEDİA

Çex Respublikasının Azərbaycandakı səfiri ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparılıb

Çex Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçek ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saytların yığılması Saytların yığılması

Bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

 

Bənzər yazılar