Top.Mail.Ru
EKO-MEDİA

COP29-un Azərbaycanda keçirilməsi ölkə üçün yeni imkanlar AÇACAQ – Ceyms Şarp

COP29-un Azərbaycanda keçirilməsi ölkə üçün yeni imkanlar açacaq.

Bu barədə Trend-ə Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp bildirib.

Saytların yığılması Saytların yığılması

“Böyük Britaniya iqlim dəyişikliyi məsələlərində Azərbaycanla işləyir və ölkənizin COP29-a ev sahibliyi etmək təşəbbüsü ilə çıxış etməsindən məmnunam. Sədrlik məsuliyyət daşıyır. Tədbirdə iqlim dəyişikliyi və tullantıların azaldılması ilə bağlı qlobal problemlər müzakirə olunacaq.

COP29, həmçinin, bir fürsət təmin edir. Xəzər dənizi regionunda və Mərkəzi Asiyada səhralaşma və su problemləri kimi ekoloji problemlər barədə məlumatlılığı artırmaq üçün Azərbaycanın bu problemlərin necə həll olunacağını göstərmək şansı var”.

Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.

KAİM.az

Bənzər yazılar