Top.Mail.Ru
EKO-MEDİA

Dövlət katibinin köməkçisi: ABŞ Azərbaycanı COP29-un uğurlu keçirilməsində dəstəkləyir

ABŞ Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu keçirilməsində dəstəkləyir.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.

Saytların yığılması Saytların yığılması

“ABŞ Azərbaycanın bu razılaşmada oynadığı rolu qətiyyətlə dəstəkləyib. İmkanlarımız daxilində konsultasiya və texniki dəstək verdik. Hesab edirik ki, iqlim dəyişikliyi dünya üçün əsas problemdir. COP29 isə bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi və iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması üçün vacib olan bəzi məsələlər üzrə real irəliləyiş əldə etmək imkanı verir. Buna görə də Azərbaycanın bu istiqamətdə irəliləməsi bizi ruhlandırır”, – o vurğulayıb.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Bənzər yazılar