Top.Mail.Ru
EKO-MEDİA

Ekoloji Təhlükəsizlik Xidməti: Göyçayda selin çaya gətirdiyi zibillər təmizlənir – VİDEO

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Göyçay rayonunda yağan leysan yağışlar nəticəsində Qarabaqqal kəndində yerləşən tullantı poliqonundakı zibillərin sel vasitəsilə çaya gətirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

“Report”un məlumatıəna görə, Xidmət rəsmisi Akif Məmmədov bildirib ki, idarə olunmasına cavabdeh qurum olan Göyçay rayon Kommunal Təsərrüfat Birliyidir.

Saytların yığılması Saytların yığılması

“Hazırda Xidmətin əməkdaşlarının nəzarəti altında çay tullantıların idarə olunmasına cavabdeh qurum olan Göyçay rayon Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənir”, – deyə məlumatda vurğulanıb.

Bənzər yazılar