Top.Mail.Ru
EKO-MEDİA

Muxtar Babayev: İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri COP29 çərçivəsində Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılır

“İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu işlər həm də COP29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) çərçivəsində Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılır. COP29-un “Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsətdir. Həmin mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük bir nailiyyətdir. Bu tədbir zamanı biz, bütün iştirakçılara və qonaqlara Azərbaycanın təkcə iqlim və ətraf mühit məsələlərindəki nailiyyətlərini deyil, həm də ölkəmizin zəngin təbiətini, mədəniyyətini və tarixini təqdim etməyə çalışacağıq”.

KAİM.az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev jurnalistlərə açıqlamasında bildirib.

Saytların yığılması Saytların yığılması

Nazir qeyd edib ki, bu beynəlxalq tədbir vasitəsilə Azərbaycan, ekoloji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əldə etdiyi uğurları və bu sahədə gördüyü işləri nümayiş etdirəcək: “Hazırda Qarabağda genişmiqyaslı bərpa işləri həyata keçirilir. Həm meşəbərpa işləri, həm də müxtəlif layihələr icra olunur. Bölgədə ideoloji və ekoloji tədqiqat stansiyaları yenidən qurulur. Bu işlər böyük səylər tələb edir və geniş miqyasda davam edir. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən həmin layihələr həm təbiətimizin bərpasına, həm də bölgənin iqtisadi və sosial inkişafına mühüm töhfə verir”.

Bənzər yazılar