Top.Mail.Ru
EKO-MEDİA

Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib

Azərbaycan Respublikasında işgüzar səfərdə olan Latviya Seyminin sədri Dayqa Mierina ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. 
Ekologiya.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda ölkəmizin bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək.

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar