Top.Mail.Ru
EKO-MEDİA

Naxçıvanda güclü yağış bəzi avtomobil yollarında məhdudiyyət yaradıb

Naxçıvanda güclü yağış nəticəsində bir neçə avtomobil yolunda məhdudiyyət yaranıb.

Bu barədə “Report”un yerli bürosuna “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin Mətbuat xidmətindən bildirilib.

Saytların yığılması Saytların yığılması

Məlumata görə, Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq və Kükü kənd ərazisində müşahidə olunan güclü yağış avtomobil yollarının hərəkət hissəsində məhdudiyyət yaradıb.

Problemlə bağlı məlumat daxil olan kimi qeyd olunan ərazilərə ərazilərə Agentliyin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Bənzər yazılar