Top.Mail.Ru
EKO-MEDİA

Nazir müavini: Böyük sənaye müəssisələri qurularkən ekoloji göstəricilərin nəzərə alınması zəruridir

Yaşıl və dayanıqlı inkişaf konsepsiyasının tətbiqi, ətraf mühit məsuliyyəti və sosial məsuliyyətlilik hər bir şirkətdə idarəçiliyin təməl prinsiplərini təşkil etməlidir. Böyük sənaye müəssisələrinin qurulması və digər irihəcmli layihələrə maliyyə vəsaitlərinin ayrılması zamanı ekoloji göstəricilərin nəzərə alınması zəruridir.

Ekologiya.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Yaşıl iqtisadiyyata keçiddə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin əhəmiyyəti” mövzusunda keçirilən konfransda deyib.

Saytların yığılması Saytların yığılması

Nazir müavinin sözlərinə görə, ekoloji, sosial və idarəetmə məsələləri ilə bağlı prinsiplərin inkişafı ölkəmizdə diqqət mərkəzindədir.

“Yaşıl iqtisadiyyata keçid mərhələsində resursa qənaət, xammaldan təkrar istifadə, kənd təsərrüfatında ekoloji təmiz istehsal prinsiplərinin, sənayedə ətraf mühitə dost texnologiyaların tətbiqi, su hövzələrinin, bioloji müxtəlifliyin və meşələrin qorunması kimi məsələlərdə daha məsuliyyətlə hərəkət etməli, beynəlxalq əməkdaşlığı gücləndirməli və ekoloji problemlərin həllinə gətirib çıxara biləcək bütün imkanlardan istifadə etməliyik. Sosial-iqtisadi inkişafla əlaqədar ətraf mühitin artan təsirlərdən mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasında bütün maraqlı tərəflər iştirak etməli, özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq qurulmalı, ətraf mühitin deqradasiyasına səbəb ola biləcək fəaliyyətlərin qarşısının alınması istiqamətində tədbirlər daha da gücləndirilməlidir”, – deyə V.Kərimov qeyd edib.

Bənzər yazılar