Top.Mail.Ru
EKO-MEDİA

Ölkəni QARIŞDIRAN daha bir görüntü yayıldı: DİN işi nəzarətə götürdü

Sosial şəbəkələrdə yeniyetmə qız uşağına qarşı alçaldıcı bir hərəkətin edildiyi video yayılıb.

Həmin görüntülər bu dəqiqələrdə ictimai qəzəbə səbəb olub. Kadrlardan görünür ki, gənc qızlar azyaşlı bir uşağn alnına təhqir yazırlar və onu

Saytların yığılması Saytların yığılması

aşağılayırlar. Tribunainfo.az xəbər verir ki, bu nalayiq hərəkətin Bakının Xəzər rayonu, 156 saylı məktəbinin şagirdləri tərəfindən edildiyi iddia olunur. Görüntülər sosial mediada böyük etiraz doğurub. Hadisə ilə bağlı axşam saatlarında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə səhifəsində yazıb ki, yayılan məlum videogörüntülərdən məlumatlıyıq, nəzarətə götürülüb. Onun sözlərinə görə, hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaq. Eyni zamanda, yayılmış video ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova qeyd edib ki, ilkin araşdırma aparıb: ” Sabah məktəbdə daha detalı araşdırma edəcəyik. Elm və Təhsil Nazirliyi yanında İctimai Şura olaraq bu günə kimi hər bir məsələdə həssas yanaşdığımızı bilirsiniz. Açıqlamanı sosial şəbəkə profilimdən paylaşacam.
Həssas yanaşmanız üçün təşəkkür”.

Bənzər yazılar