Top.Mail.Ru
EKO-MEDİAÖZƏL

SOS: Tərtərçay yatağında TALAN, qəhraman şəhərdə ekologiya belə MƏHV EDİLİR – VİDEO

Tərtərçayın yatağında qanuna zidd qazıntı işlərinin aparılması, çay kənarlarının zibiliyə çevrilməsi və yatağın illərdir qazılması, ərazidəki daş-çınqılın daşınması nəticəsində ətrafda böyük yarğanlar yaranıb.

Çay yatağı ərazisində belə qum-çınqıl karxanalarının yaratdığı ekoloji problemlər hədsiz dərəcədə çoxdur. Ciddi problem olsa da, təəssüflər olsun ki, Dövlətin Ekoloji Təhlükəsizlik Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcabədi Regional idarəsi vəzifəliləri tərəfindən nəzarətsiz olan ərazilərdə ekoloji problemlər qalmaqdadır.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcabədi Regional idarəsinin rəhbəri Oqtay Şahmurovun yarıtmaz idarəçiliyində irəli gələn ekoloji problemlər regionda getdikcə çoxalır. Məlumatda bildirilir ki, Oqtay müəllim bu vəzifəyə gələnə qədər yüz min manatlarla xərc çəkib. Həmçinin bu xərcə baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinində hələ də arzuolunmaz şəxs kimi tanınır. Növbəti yazıda bütün bunlarla bağlı çox ciddi açıqlamalarımız olacaq.

Bizi izləyin

​Ətraflı Videoda:

Bənzər yazılar