Top.Mail.Ru
GÜNDƏM

Dövlət Komitəsinin sədri xaricdə yaşayan azərbaycanlı iş adamları ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan bir qrup xaricdə yaşayan azərbaycanlı iş adamı ilə görüşüb.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Zəfər qurultayı münasibətilə görüş iştirakçılarını təbrik edən Komitə sədri Vətən müharibəsi dövründə xaricdə yaşayan azərbaycanlı iş adamlarının ölkəmizə dəstəyini yüksək qiymətləndirib.

Görüşdə Qarabağın bərpası və dirçəldilməsində, Azərbaycanla yaşadıqları ölkələr arasında iqtisadi əlaqələrin dərinləşdirilməsində xaricdə yaşayan azərbaycanlı iş adamlarının rolu müzakirə olunub, Azərbaycanlı İş Adamları Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi qərara alınıb.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayındakı proqram xarakterli çıxışında Azərbaycan diasporuna, o cümlədən xaricdə yaşayan azərbaycanlı iş adamlarına müvafiq tövsiyələr verib, bundan sonrakı fəaliyyət də bu istiqamətdə qurulmalıdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button