Top.Mail.Ru
GÜNDƏM

Niderland və Belçikadakı məscidlərdə şəhidlərimiz yad edilib-FOTO

Niderland və Belçika Krallıqlarındakı türk məscidlərində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olan şəhidlərimizin ruhu yad edilib.

KAİM.az xəbər verir ki, anım mərasimi Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkının və azərbaycanlı icmasının təşəbbüsü ilə baş tutub. Mərasimdə, həmçinin 44 günlük müharibə zamanı yaralanmış qazilərimizin tezliklə şəfa tapmaları üçün dualar oxunub.

Mərasimdən öncə Hollanda Türk İslam Quruluşları Birliyinin sədri Abdullah Güvenin İ.Aşkına ünvanladığı məktubda bildirilib ki, Cümə namazında Azərbaycan şəhidləri rəhmətlə anılacaq və Qarabağ qazilərinə şəfa arzulanacaq.

“Allah Can Azərbaycanımızı və Türk ellərini əbədiyyən müzəffər qılsın! Allah yar və yardımçınız olsun!”, – deyə A.Güven bildirib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button