Top.Mail.Ru

GÜNDƏM

Qarabağda təşkil olunacaq beynəlxalq yarışın ilk qonaqları gəldi – FOTO/VİDEO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının başlamasına iki gün qalıb.

KAİM.az-ın məlumatana görə, artıq iştirakçı ölkələrdən Özbəkistan komandası bu gün günorta saatlarında Bakıya gəlib.

Qonaqlar Heydər Əliyev adına hava limanında böyük coşqu ilə qarşılanıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri Özbəkistan komandasını salamlayıb və onlara yarış haqqında məlumat verib. Daha sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi hədiyyələr təqdim edib.

Loading...
Yazının davamı reklamdan sonra

 

Qeyd edək ki, Özbəkistan “Prezident kuboku”nda beş idmançı ilə mübarizə aparacaq. Yarışlar iki gün davam edəcək. Reqata mayın 6-sı Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək.

Mayın 7-si isə idmançılar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaq. “Prezident kuboku”na Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Xatırladaq ki, Özbəkistan millisi Bakıya gələn ilk qonaq komanda olub. Türkiyə, Gürcüstan və Moldova komandaları isə daha sonra Azərbaycana təşrif buyuracaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button