GÜNDƏM
Azərbaycan səfiri Türkiyənin vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Tükiyənin vitse-prezidenti Fuat Oktayla görüşüb.
KAİM.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi tviter hesabında bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi, kommersiya, texnologiya və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edilib.
Loading...
Yazının davamı reklamdan sonra
Bununla yanaşı, Şuşa Bəyannaməsindən sonra ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdığı qeyd olunub.
Həmçinin, Azərbaycan-Türkiyə Birgə İqtisadi Komissiyasının fəaliyyəti və həyata keçirilməsi üçün nəzərdə tutulan işlər ətrafında fikir mübadiləsi aparılıb.