GÜNDƏM
Milli Məclis Aparatında yeni kadr TƏYİNATLARI

Milli Məclis Aparatında kadr dəyişiklikləri olub.
KAİM.az xəbər verir ki, Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini Şakir Himalay oğlu Şabanov parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.
Bu barədə Report.az-ın əldə etdiyi məlumatda qeyd olunur ki, İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Rüstəm Bəhruz oğlu Mahmudov isə Milli Məclis Aparat rəhbərinin müavini təyin olunub.
Loading...
Yazının davamı reklamdan sonra
Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Ayan Zəfər qızı Murtuzova da həmin şöbənin müdiri vəzifəsinə təyinat alıb.